Modern.az

Nazir sədr müavinini işdən çıxardı

Nazir sədr müavinini işdən çıxardı

Ölkə

23 Yanvar 2025, 14:50

"Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad edilib. 

Modern.az Qaynarinfo-ya istinadən xəbər verir ki, İlyas İnqilab oğlu Həsənov öz istəyi ilə işdən çıxarılıb.

Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. 

Əldə etdiyimiz məlumata görə, İlyas Həsənov Məcnun Məmmədovun yaxın dostu, hazırda "Aqroservis" ASC-nin sədri vəzifəsində çalışan Mehman Veysəlovla birgə çalışmaq istəməyib. O, bundan sonra işini məhkəmə-hüquq sistemində davam etdirəcəyi deyilir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi