Modern.az

YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO

YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO

Ölkə

23 Yanvar 2025, 15:39

Yanvarın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının iclası keçirilib.

Modern.az-ın məlumatına görə, YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, iclasın gündəliyinə YAP Veteranlar Şurasının 2024-cü ildə fəaliyyətinin yekunları və 2025-ci il üçün Tədbirlər Planının müzakirəsi daxildir.

İclasda YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Şuranın üzvləri Dilarə Seyidzadə, Zərifə Quliyeva, Adilə Abasova, Əli Həsənov, Tahir Quliyev, Şahlar Əsgərov, Vahid Novruzov, Urxan Ələkbərov, Xeyrəddin Qoca və Zahid Xəlilov çıxış ediblər.

İclasda 2025-ci ilin Tədbirlər Planı ilə bağlı fikir və təkliflər səsləndirilib, müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.  

Diqqət çəkən məqam ondan ibarət olub ki, şura üzvlərindən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev iclasa dəvət edilməyib. Bakının sabiq icra başçısı Hacıbala Abutalıbov da toplantıda iştirak etməyib.

 

1412251

1412252

1412253

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi