Kapital Bank yaranan problemlə bağlı daha bir açıqlama yayıb.
Modern.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, mobil tətbiqdə yaranan çətinlik aradan qaldırılıb.
Tezliklə tətbiq tam şəkildə bərpa olunacaq.
***
21:06
Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb.
Modern.az xəbər verir ki, Kapital Bank məsələ ilə bağlı açıqlama yayıb.
Açıqlamada müştərilərin kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini edə biləcəkləri bildirilib:
"Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq.
Müştərilərimizə anlayışları üçün təşəkkür edirik".