Modern.az

Bakıdakı məşhur stadion sökülür? - RƏSMİ CAVAB

Bakıdakı məşhur stadion sökülür? - RƏSMİ CAVAB

28 Yanvar 2025, 19:55

Bu gün mediada Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin təlim meydançasının sökülməsi ilə bağlı müxtəlif məzmunlu məlumatlar yayılıb. 

 

Modern.az-ın məlumatına görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin təlim bazası yenidən qurulur.

"Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında məktəbin idman meydançalarının yenilənməsi, əlavə inzibati və köməkçi binalarının tikinti işlərinin aparılması planlaşdırılıb.

Layihəçi "Pro Technical Consulting" MMC, podratçı isə "Global Interiors Group" MMC-dir.

Müvafiq qurumlardan tikintiyə dair icazə sənədləri alınıb, işlərin icrası zamanı tikinti norma və qaydalarının qorunması barədə müvafiq iş icraçılarına tapşırıq verilib.

Layihəyə əsasən, ərazidə inzibati korpus, idman korpusu (tribuna), yeraltı nasosxana, futbol meydançası, parklanma sahəsi, qazanxana və digər infrastruktur obyektləri olacaq.

Tikinti işləri cari ilin iyun ayında yekunlaşdırılacaq.

Bununla yanaşı, ictimaiyyətin məsələlərə daha həssas yanaşması, dəqiqləşdirilməyən və yoxlanılmayan məlumatları yayımlamaması xahiş olunur", - açıqlamada bildirilir.

***

12:47

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Vətən”​ stadionu sökülür.

Modern.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Sakinlərin sözlərinə görə, stadionda söküntü işləri gecə saatlarında aparılıb. Bu da onlar arasında ciddi narahatlıq yaradıb.

Həmçinin, onlar stadion ərazisində çoxmərtəbəli yaşayış binasının tikiləcəyindən narazılıqlarını dilə gətiriblər.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən Baku.ws-ə bildirilib ki, Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında mövcud İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin Bakı şəhəri Səttar Bəhlulzadə küçəsində yerləşən idman meydançalarının yenilənməsi, əlavə inzibati və köməkçi binalarının tikinti işlərinin aparılması planlaşdırılıb.

Müvafiq qurumlardan tikintiyə dair icazə sənədləri alınıb, işlərin icrası zamanı tikinti norma və qaydalarının qorunması barədə müvafiq iş icraçılarına tapşırıq verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi