Modern.az

Ceyhun Bayramov Türkiyəyə getdi

Ceyhun Bayramov Türkiyəyə getdi

29 Yanvar 2025, 08:11

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər üçün yola düşüb.

 

Bu barədə Modern.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

 

Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı, həmçinin bir sıra yüksək səviyyəli ikitərəfli görüşləri planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi