Modern.az

AQTA-dan "Coca-cola" ilə bağlı açıqlama

AQTA-dan "Coca-cola" ilə bağlı açıqlama

Ölkə

30 Yanvar 2025, 17:29

"The Coca-Cola Company" qida nəhənginin törəmə şirkəti olan "Coca-Cola Europacific Partners Belgium" xloratların yüksək tərkibinə görə məhsullarını Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından kütləvi şəkildə geri çağırdığını elan edib.

Bəs Azərbaycan bununla bağlı hansı addımlar atır?

Modern.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi  (AQTA) ilə əlaqə saxlayıb.

Saytımızın sorğusuna cavab olaraq qurumun mətbuat katibi İlkin Kərimov bildirib ki,  “Cola” və digər qablaşdırılmış sərinləşdirici içkilər də  risk əsaslı yanaşma tətbiq etməklə, mövcud nəzarət tədbirlərinə cəlb edilir:

"Bildiririk ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib. Həmçinin onu da diqqətə çatdırırıq ki, ölkəmizə idxal edilən bütün qida məhsulları kimi,  “Cola” və digər qablaşdırılmış sərinləşdirici içkilər də  risk əsaslı yanaşma tətbiq etməklə, mövcud nəzarət tədbirlərinə cəlb edilir. Yalnız laborator sınaq nəticələri  məhsulun istehlaka yararlı olduğunu göstərdikdən sonra  həmin məhsulların satışa çıxarılmasına icazə verilir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI