Modern.az

ANAMA sədrinin birinci müavini İŞDƏN ÇIXARILDI

ANAMA sədrinin birinci müavini İŞDƏN ÇIXARILDI

Ölkə

1 Fevral 2025, 22:21

Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Əmir oğlu Məmmədov vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, sədr müavini 31 yanvar 2025-cü ildə müvafiq sərəncamla vəzifəsindən kənarlaşdırılıb.

 

Qeyd edək ki, Bəhruz Məmmədov 2023-cü il 28 yanvarda Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

 

O, müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

 

Xatırladaq ki, bir müddət əvvəl Hesablama Palatasının ANAMA-da yoxlamalar apardığını və bir sıra nöqsanlar aşkarlandığını yazmışdıq.

 

Qeyd edək ki, xəbəri bundan əvvəl "oxu.az" saytı yayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI