Modern.az

Eldar İbrahimov yenidən komissiya sədri SEÇİLDİ

Eldar İbrahimov yenidən komissiya sədri SEÇİLDİ

Ölkə

3 Fevral 2025, 16:57

Fevralın 3-də VII çağırış Milli Məclisin yeni formalaşmış İntizam komissiyasının ilk iclası keçirilib.

Modern.az xəbər verir ki, Komissiya üzvü Səttar Möhbalıyevin sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb.

Səsvermə nəticəsində deputatlar - Eldar İbrahimov komissiyanın sədri, Asim Mollazadə sədr müavini, Kamal Cəfərov isə komissiyanın katibi seçiliblər.

İclasda komissiya üzvləri Hikmət Məmmədov, Nizami Səfərov, Afət Həsənova, Kəmaləddin Qafarov, Nəsib Məhəməliyev, Məşhur Məmmədov və Məlahət İbrahimqızı iştirak ediblər.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi