Modern.az

Rusiyadakı azərbaycanlıların nəzərinə: deportasiya oluna bilərsiniz!

Rusiyadakı azərbaycanlıların nəzərinə: deportasiya oluna bilərsiniz!

Ölkə

5 Fevral 2025, 10:50

Rusiyada bu gündən miqrantlarla bağlı qaydalar sərtləşdirilir.

Modern.az-ın məlumatına görə, bu gündən daxili işlər orqanlarına ölkə ərazisində qeyri-leqal yaşayan miqrantların məhkəmə qərarı olmadan deportasiya etməyə imkan verən qanun qüvvəyə minib.

Müvafiq dəyişikliklər 2024-cü ilin avqustunda "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" federal qanuna edilib.

Qeyd edək ki, bu qaydalara əməl etməyənlər Rusiyada mənzil və ya avtomobil almaq, kredit üçün banklara müraciət etmək, nikaha daxil olmaq, habelə ölkə ərazisində sərbəst hərəkət hüququndan məhrum olunacaq.

Qaydalar bütün miqrantlara, o cümlədən Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına da aiddir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi