Modern.az

Azərbaycanda yüksək vəzifəyə TƏYİNATLAR

Azərbaycanda yüksək vəzifəyə TƏYİNATLAR

Ölkə

6 Fevral 2025, 10:36

Azərbaycan Mərkəzi Bankına (AMB) daha 3 baş direktor vəzifəsinə təyinat olub.

Modern.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, yeni baş direktorlar Anar Mansurov, Elrad Seydiyev və Tərlan Rəsulovdur. Bununla da, AMB-nin baş direktorlarının sayı 9-a çatıb.

A.Mansurov indiyə qədər qurumun Maliyyə idarəetməsi departamentinin, E.Seydiyev Maliyyə bazarlarında əməliyyatlar departamentinin, T.Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin direktoru olub.

***

09:24

Azərbaycan Mərkəzi Bankının rəhbərliyində dəyişiklik olub.

Modern.az AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib.

Qeyd edək ki, bununla da AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.

AMB-nin Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov isə baş direktor təyin olunub.

1414818

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü