Modern.az

Azərbaycanda USAID-in fəaliyyəti dayandırılır: ABŞ-yə müraciət edildi

Azərbaycanda USAID-in fəaliyyəti dayandırılır: ABŞ-yə müraciət edildi

Ölkə

6 Fevral 2025, 11:08

Azərbaycanda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti dayandırılır.

Modern.az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, təşkilatın ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib.

Xatırladaq ki, Trampın ABŞ Prezidenti seçilməsindən sonra USAID-in fəaliyyətini məhdudlaşdırması ilə bağlı qərarlar qəbul edilib. Agentliyin veb-saytının artıq fəaliyyətini dayandırdığı, onun adının yazıldığı lövhələrin isə Vaşinqtonun mərkəzindəki baş qərargahın binasından yığışdırıldığı bildirilir. Agentliyin “X”-dəki hesabı da ləğv olunub.

Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, de-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən USAID-in Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur: “USAİD-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur. Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI