Modern.az

Gəncədə iki nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Gəncədə iki nəfər dəm qazından ZƏHƏRLƏNDİ

7 Fevral 2025, 10:43

Gəncədə 1990-ci il təvəllüdlü L.Cəfərova və onun övladı 2011-ci il təvəllüdlü Ömər Cəfərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiliblər.

Mövzu ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 07.02.2025-ci il tarixində saat 03:20 radələrində dəm qazından zəhərlənmə diaqnozu ilə 2 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan xəstəxanalara hospitalizasiya olunublar.

Qeyd edilib ki, 1990-cı il təvəllüdlü şəxsə (qadın cinsli) Abbas Səhhət adına xəstəxanada, 2011-ci il təvəllüdlü şəxsə (kişi cinsli) isə Zülfüqar Məmmədov adına xəstəxanada zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu