Modern.az

Novruzda 12 gün iş olmayacaq - Baş nazirdən QƏRAR

Novruzda 12 gün iş olmayacaq - Baş nazirdən QƏRAR

15 Fevral 2025, 12:11

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar verib.

Beləliklə, 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür.

Qeyd edək ki, martın 30, 31-i Ramazan bayramı qeyd olunacaq. Beləliklə, 20 mart - 31 mart tarixləri qeyri-iş günü hesab ediləcək. Bayramdan sonra ilk iş günü aprelin 1-dir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI