Modern.az

İlyas İsmayılov VƏFAT ETDİ

İlyas İsmayılov VƏFAT ETDİ

Ölkə

17 Fevral 2025, 14:28

Ədalət Partiyasının sədri İlyas İsmayılov vəfat edib.

Bu barədə Modern.az-a partiyadan məlumat verilib.

O, bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI