Modern.az

Azərbaycanla Gürcüstan arasında sərnişindaşıma bərpa edilir - Tarix AÇIQLANDI

Azərbaycanla Gürcüstan arasında sərnişindaşıma bərpa edilir - Tarix AÇIQLANDI

Ölkə

18 Fevral 2025, 15:32

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımaları bərpa edilir.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sərnişindaşımalar mayın 1-dən bərpa ediləcək.

Açıqlamada deyilir ki, məsələ Gürcüstan Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Gürcüstanda işgüzar səfərdə olan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş zamanı müzakirə edilib.

Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bir neçə gün əvvəl məlumat verib ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparılır. O deyib ki, sözügedən mövzu Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə olunub.

“Azərbaycan səfəri çərçivəsində biz bu mövzuda Prezident İlham Əliyevlə müzakirə apardıq. Ölkəmizə göstərdiyi diqqətə görə ona şəxsən təşəkkür etmək istəyirəm. Təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”, - Kobaxidze deyib.

Bu xəbər ilə bağlı
Bakı-Tbilisi-Bakı qatarı apreldən fəaliyyətə başlayır? - AÇIQLAMA
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI