2014-cü ilin yanvar ayı Azərbaycanda “intihar ayı” kimi tarixə düşə bilər. İndiyədək heç bir ayda özünə qəsd edənlərin sayı bu qədər çox olmayıb.
Modern.az saytının apardığı araşdırma bunu deməyə əsas verir. Məsələn, 2013-cü ilin yanvar ayında ölkədə cəmi 21 nəfər intihar edib, 12 nəfər isə buna cəhd göstərib.
Bu gün yanvarın 23-dür. Rəsmi mənbələrin açıqladığı məlumata görə, ötən müddətdə Azərbaycanda 25 nəfər həyatına qəsd edib. Canlarına qıyanların 16 nəfəri kişi, 2-si qadındır. Bundan əlavə, intihar edənlərin 3-ü məktəbli (hamısı oğlandır) olub, 4 nəfər hərbçi də müxtəlif səbəblərdən özlərini həyatdan məhrum edib.
Qeyd edək ki, intihara cəhdləri uğursuz nəticələnənlər də az deyil. Belə ki, 2014-cü ilin yanvar ayının ötən 22 günündə 2 məktəbli (bir qız, bir oğlan), 2 hərbçi özlərini öldürməyə cəhd göstərib. Digər intihara cəhd edənlərin 8-si qadın, 7-si kişi olub.
Modern.az