Modern.az

Qvineya Prezidentinin rəsmi qarşılanma mərasimi

Qvineya Prezidentinin rəsmi qarşılanma mərasimi

Ölkə

27 Fevral 2025, 14:48

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Modern.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau Prezidentinə raport verdi.

Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu