Modern.az

Bölgələrdə liftlər təmir ediləcək - 10 milyon AYRILDI

Bölgələrdə liftlər təmir ediləcək - 10 milyon AYRILDI

Ölkə

28 Fevral 2025, 14:52

Prezident İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının 7 şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 9 milyon 940 min manat ayrılıb.

Vəsait şəhər və rayon icra hakimiyyətlərinə ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

1419683

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu