Modern.az

Müstəqillik dövrünün qadın NAZİRLƏRİ

Müstəqillik dövrünün qadın NAZİRLƏRİ

8 Mart 2025, 17:48

Azərbaycanı müxtəlif sahələrdə təmsil edən qadın nazirlər və dövlət xadimlərinin sayı SSR dövründə çox olsa da, müstəqillikdən sonra müxtəlif nazirliklərdə rəhbəri vəzifəsində qadınlar daha az təmsil olunmağa başlanıb.

Modern.az xəbər verir ki, 1991-ci ildən bugünədək ölkəmizdə 6 nazir və ya nazir statusuna bərabər qadın fəaliyyət göstərib.

Azərbaycanın müstəqilliyinin ilk illərində Lidiya Rəsulova 10 ay sosial təminant naziri, 4 il isə təhsil naziri vəzifəsində çalışıb.  

Lidya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı şəhərinin Sabunçu rayonunda, neftçi ailəsində anadan olmuşdur. 1959-cu ildə Bakıda 45 saylı orta məktəbi qızıl medalla bitirən Rəsulova Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı müəllimliyi ixtisasına daxil olub.

O, əmək fəaliyyətinə 1958-ci ildə Bakının ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində başlayıb. 1963-1966-cü illərdə seçkili gənclər təşkilatlarında, 1966-1981-ci illərdə partiya və sovet orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Lidiya Rəsulova 1964-1965-ci illərdən 1971-ci ilə qədər Lenin rayonu (indiki Sabunçu rayonu – red ) partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1971-ci ildən isə Azərbaycan Kommmunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) elm və təhsil şöbəsinin müdiri vəzifəsini icra edib. 1973-cü ildə isə Mərkəzi Komitənin elm və təhsil şöbəsinin müdiri təyin edilib. 

1981–1988-ci illərdə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədri olub.

1988–1992-ci illərdə Azərbaycan Respublikasının sosial təminat naziri olub, daha sonra Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi sədrinin müavini, 1993-cü ildən etibarən Azərbaycan Respublikasının təhsil naziri vəzifələrində çalışıb. Səhhətində yaranmış problemlərlə əlaqədar 1997-ci ildə təhsil naziri vəzifəsindən azad olunan Lidiya Rəsulova bir neçə çağırış SSRİ və Azərbaycan Ali Sovetinin deputatı seçilib.

Lidiya Rəsulova dövlət quruculuğunda fəal iştirakına görə Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülüb. 2002-ci ildən prezident təqaüdçüsü olub.

O, 2012-ci ilin fevralın 5-də 70 yaşında vəfat edib.

Müstəqillik tariximizdə qadın nazirlərdən biri də Ədliyyə Nazirliyinə rəhbərlik edib. Bu vəzifəni 2 il icra edən Südabə Həsənova 1947-ci ildə Naxçıvan MR-nin Şərur rayonunda anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1971–1973-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində məsləhətçi,1973-1979-cu illərdə isə Bakı şəhər Kirov (indiki Binəqədi -red) rayon məhkəməsinin hakimi vəzifəsini icra edib.

1SSR-nin süqutundan qısa müddət əvvəl – 1987-ci ilin aprel ayından S. Həsənova Azərbaycan Respublikası Ədliyyə Nazirinin 1-ci müavini vəzifəsinə təyin olunub və müvəqqəti olaraq 1995–1998-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Naziri vəzifəsini icra edib. 1998-ci il 10 yanvar tarixində isə rəsmi olaraq ədliyyə naziri təyin edilib. 1998-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurasının sədri olub. Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlayan Dövlət komissiyasının və onun işçi qrupunun, hüquq islahat komissiyasının, əfv, təhsil, səhiyyə, korrupsiyaya qarşı mübarizə və digər dövlət komissiyalarının üzvü olub. 

Südabə Həsənova 2000-ci ildə Ali Məhkəməsinin sədri təyin edilib. 2005-ci ilin 19 aprelindən sədr vəzifəsindən azad edilib Ali Məhkəmənin hakimi saxlanılıb. O, 1 fevral 2021-ci ildə 74 yaşında son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

1421337

Lalə Şövkət müstəqil Azərbaycanın 5-ci Dövlət Katibi vəzifəsini tutub.

O, 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 37 yaşında səhiyyənin təşkili və idarə edilməsinə dair doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək o zaman SSRİ-də bu sahədə ən gənc elmlər doktoru olub və RSFSR-nin Elmi Tədqiqat Mərkəzinin Səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilib.

1990-cı il "Qanlı yanvar" hadisəsi ilə bağlı yanvarın 20-də və 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində sovet ordusunun Bakı şəhərində mülkü əhaliyə qarşı tətbiq etdiyi hərbi təcavüz barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə ilk mətbuat konfransının təşkilinə və keçirilməsinə rəhbərlik edib.

1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən Ümummilli Lider H.Əliyev tərəfindən Bakıya dəvət olunub və iyulun 7-də Azərbaycan Respublikasının Dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında bu vəzifədən istefa verib.

Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona Fövqəladə və Səlahiyyətli səfir rütbəsi verilib və o, Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilib, lakin bu vəzifədən də imtina etmişdi.

1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Liberal partiyanın sədri semçilib.

O, 7 iyun 2003-cü ildə partiyasının sədrliyindən istefa verərək Milli Birlik Hərəkatı sədri kimi fəaliyyət göstərməyə başladı və həmin qurumun prezidentliyə namizədi oldu. Lalə Şövkət seçkilərdə 87.523 (3.62%) səslə 3-cü sırada tamamladı. 

2005-ci il parlament seçkilərinə Lalə Şövkət Milli Birlik Hərəkatı və Azərbaycan Liberal Partiyasının lideri olaraq, 70 namizəddən ibarət siyasi komanda ilə qatılmışdı. Öz dairəsində Lalə Şövkət qələbə qazanda da, qısa zaman sonra millət vəkili mandatından imtina etmişdi.

Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, komitənin 2006-cı ildən əhatə dairəsi genişlənib və adı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Kamitəsi olaraq dəyişdirilib. Komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Təsis olunduqdan bu günə komitənin 3 rəhbəri olub və hər 3-ü də qadındır. 1998-ci ildən 2005-ci ilə qədər bu vəzifəni Zəhra Quliyeva, 2006-cı ildən 2020-ci ilə qədər Hicran Hüseynova, 2020-ci ildən bugünədək isə Bahar Muradova icra edir.

1421338

Zəhra Quliyeva 1923-cü il yanvarın 18-də Bakı şəhərində anadan olub. 1998-ci il yanvarın 14-də Heydər Əliyevin fərmanı ilə ölkədə Qadın Problemləri üzrə Dövlət Komitəsi taradılıb, Zəhra Quliyeva isə komitəyə sədr təyin olunub.

1421339

Hicran Hüseynova 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1972–1977-ci illərdə S. Kirov adına Azərbaycan Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. 1985-ci ildə dissertasiyasını müdafiə edib və tarix elmləri namizədi dərəcəsi alıb. 2001-ci ildə "Azərbaycan Avropa inteqrasiya sistemində" mövzusunda dissertasiyanı müdafiə edib və siyasi elmlər üzrə doctor dərəsi alıb. 2007-ci ildə isə Azərbaycanın Prezidenti yanında Ali Atestasiya Komissiyası tərəfindən ona professor adı verilib. Hicran Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edildi.

2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 41 saylı Sumqayıt I dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Hicran Hüseynova 32,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi. 2020-ci il martın 10-dan Milli Məclisin ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri oldu.

1421340

Bahar Muradova 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.

1993–1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib.1995-ci ildən YAP Qadınlar Şurasının sədr müavini, 1999-cu ildən partiyanın icra katibinin müavini olub.

Azərbaycan Respublikası Milli Məclisinin II (2000), III (2005), IV (2010), V (2015) çağırış deputatı seçilib. 2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuşdur. 12 mart 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edib.Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi