Modern.az

Azərbaycanda ən çox sürülən maşınlar - Almaniya dominantdır, Çin GÜCLƏNİR

Azərbaycanda ən çox sürülən maşınlar - Almaniya dominantdır, Çin GÜCLƏNİR

Ölkə

11 Mart 2025, 12:44

Son illərdə Azərbaycanda avtomobil bazarında əhəmiyyətli dəyişikliklər baş verib. İstehlakçıların seçimləri, bazara daxil olan yeni markalar, istifadə olunmuş avtomobillərə tələbat və dövlətin gömrük və vergi siyasəti kimi faktorlar ölkədə fərqli avtomobil parkının formalaşmasına təsir edib.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2018-ci ildə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin ümumi sayı 1.2 milyona yaxın idisə, 2024-cü ildə bu rəqəm 1,6 milyona çatır. Bu, son 6 ildə avtomobil sayının 35 faizdən artıq çoxalması deməkdir.

Ötən il ölkənin avtomobil parkında ən çox yer tutan modellər aşağıdakılar olub :

1. Mercedes-Benz – 220 242 ədəd
2. Vaz-2101, 03-06 – 199 068 ədəd
3. Vaz-2105, 2107 və modifikasiyaları – 126 469 ədəd
4. Hyundai – 142 814 ədəd
5. Toyota – 115 151 ədəd

Bu rəqəmlər göstərir ki, Almaniya istehsalı "Mercedes-Benz" Azərbaycanda ən çox istifadə edilən marka olsa da, ümumilikdə Rusiya-Sovet istehsalı olan VAZ modelləri birlikdə daha geniş yayılıb. Azərbaycandakı bütün avtomobillərin təxminən 25,2%-i VAZ markasına aiddir.

Almaniyanın "Mercedes-Benz", BMW, "Opel" və "Volkswagen" kimi markaları, Cənubi Koreya "Hyundai, KIA markaları, Yaponiyanın "Toyota", "Nissan", "Mitsubishi" və "Honda" kimi brendləri Azərbaycanda geniş yayılıb.

Statistika göstərir ki, ölkəmizdə elektrikli avtomobillər də hər keçən gün artır. "Tesla" markası ilk dəfə 2023-cü ildə statistikaya düşüb və 2024-cü ildə 535 ədəd avtomobil qeydiyyata alınıb. Bu, hələ ki, kiçik bir rəqəm olsa da, elektrikli avtomobillərə marağın artdığını göstərir.

Çin istehsalı avtomobillər isə ümumi avtomobil parkının təxminən 1,69%-ni təşkil edir. Çin markaları hələlik bazarda böyük paya sahib olmasa da, son illərdə onların sayı artmaqdadır, xüsusilə də BYD, “Changan” və “Chery” kimi markalar Azərbaycanda daha populyar olmağa başlayır.

 

1421851

142185214218531421854

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı