Modern.az

Azərbaycandakı yetim uşaqların SAYI

Azərbaycandakı yetim uşaqların SAYI

Ölkə

12 Mart 2025, 12:21

2024-cü ildə 165 uşaq (81 oğlan və 84 qız) övladlığa verilib.

Modern.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin məlumatında bildirilib.

Övladlığa götürülənlərdən 35-i uşaq müəssisələrindən, 80-i qohumları tərəfindən, 41-i ögey valideyn tərəfindən, 8-i valideynlərarası razılıq əsasında, 1-i əcnəbilər tərəfindən övladlığa götürülən uşaqlardır.

Hazırda 23 sosial xidmət müəssisəsində (17-si dövlət, 6-sı özəl) 1313 valideyn himayəsindən məhrum olmuş uşaq məskunlaşıb. Onlardan 778-i oğlan, 535-i qız uşaqlarıdır.

Keçən il valideyn himayəsindən məhrum olmuş 268 uşaq (133 qız və 135 oğlan) uçota alınıb.

Övladlığa götürülmüş uşaqlarla bağlı 1241 monitorinq aparılıb. Onlardan 24 uşağın monitorinqi səfirliklər, e-poçt və elektron tətbiqlər vasitəsilə həyata keçirilib.

Reinteqrasiya tədbirləri nəticəsində 216 uşaq ailələrinə qaytarılıb.

2024-cü ildə 271 uşaq müəssisələrə yerləşdirilib, 301 uşaq isə müəssisələri tərk edib. 182 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb və ailə himayəsində qalması məqsəduyğun hesab edilib.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil