Modern.az

Britaniya Azərbaycana müdafiə attaşesi təyin etdi - İLK DƏFƏ

Britaniya Azərbaycana müdafiə attaşesi təyin etdi - İLK DƏFƏ

14 Mart 2025, 09:34

Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, müdafiə attaşe kimi leytenant Gevin Tarbard təyin edilib.

"Onun Azərbaycana gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi mərhələ Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının artan gücünü əks etdirir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirəcək", - deyə paylaşımda qeyd olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu