Martın 17-i gecə saat 01:25-dən gündüz saat 12:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Gorus rayonunun Dığ yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, ötən gün mövqelərimiz 3 dəfə atəşə tutulub.