Modern.az

Türkiyə səfirliyindən Azərbaycana başsağlığı

Türkiyə səfirliyindən Azərbaycana başsağlığı

Ölkə

21 Mart 2025, 20:57

Türkiyənin Bakıdakı səfirliyi Gədəbəy rayonunda Azərbaycan hərbi qulluqçularının qar uçqunu nəticəsində həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında paylaşım edilib.

 

“Martın 19-da Gədəbəydə qar uçqunu altında qalan iki Azərbaycan əsgərinin vəfat etdiyini bu gün təəssüflə öyrəndik.

 

Baş vermiş faciəli hadisə nəticəsində həlak olmuş qardaşlarımıza Allahdan rəhmət diləyir, Can Azərbaycan xalqına başsağlığı veririk”, – başsağlığı mətnində qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu