Modern.az

Elçibəyin əkiz nəvələri oldu

Elçibəyin əkiz nəvələri oldu

Ölkə

27 Mart 2025, 12:21

Azərbaycanın mərhum prezidenti Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən Elçibəyin oğlu Ərturqut Əliyevin övladları doğulub.

Körpələrdən biri qız, digəri isə oğlandır.

Məlumatı ailənin yaxını Çingiz Özgür təsdiq edib. O bildirib ki, əkizlər dünən Bakı Sağlamlıq Mərkəzində doğulublar. Vaxtından əvvəl doğulduqları üçün körpələr hazırda küvəzdə saxlanılır. 

Qeyd edək ki, Ərturqut Əliyev Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu