Modern.az

Elçibəyin əkiz nəvələrinin adları AÇIQLANDI

Elçibəyin əkiz nəvələrinin adları AÇIQLANDI

Ölkə

1 Aprel 2025, 09:42

Mərhum eks-prezident Əbülfəz Elçibəyin əkiz nəvələrinin adları məlum olub.

Modern.az-ın məlumatına görə, oğlana Ərtuqay, qıza isə Aynaz adı qoyulub.

Saytımıza açıqlamasında ailənin yaxını Çingiz Özgür bildirib ki, hər şey qaydasındadır.

"Min şükür, hər şey qaydasındadır. Yalnız uşaqların çəkiləri bir az zəifdir".

Xatırladaq ki, əkizlər martın 26-da dünyaya gəlib. Elçibəyin oğlu Ərturqut Əliyev atasının qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu