Modern.az

Dövlət Xidmətində 3 ayda 40 nəfər məsuliyyətə CƏLB EDİLİB

Dövlət Xidmətində 3 ayda 40 nəfər məsuliyyətə CƏLB EDİLİB

Ölkə

2 Aprel 2025, 10:18

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin birinci rübündə isə 39 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

Modern.az xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib.

Məlumata cari ildə 3 əməkdaş mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib.

Bildirilib ki, qanunvericiliyin və normativ aktların tələblərini pozmuş vəzifəli şəxslər barəsində 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 12 fakt üzrə 40 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI