Ədalət Partiyasının sədr müavini Elxan Şükürlünün sosial media hesabında etdiyi paylaşım diqqət çəkib. Belə ki, o, hazırda partiya sədrliyinə iddialı xeyli şəxsin olduğunu və bunun daxili parçalanmalara səbəb ola biləcəyini yazıb. E.Şükürlü təklif edib ki, elə bundansa, partiya bağlansın. Elxan Şükürlü hazırda Ədalət Partiyasında mərhum İlyas İsmayılovu əvəz edə biləcək və liderliyə layiq adam olmadığını da deyib.
Modern.az bununla əlaqədar olaraq Ədalət partiyasının digər sədr müavini Mütəllim Rəhimli ilə əlaqə saxlayıb.
Mütəllim Rəhimli bu mövzuda danışmaq istəmədiyini deyib:
"Mən açığı, bunu şərh etmək istəmirəm. Hər kəs fikrini deyə, bölüşə bilər".