Modern.az

Azərbaycanda nazirə köməkçi TƏYİN EDİLDİ

Azərbaycanda nazirə köməkçi TƏYİN EDİLDİ

Ölkə

5 Aprel 2025, 11:53

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni köməkçi təyin edilib.

Modern.az xəbər verir ki, sözügedə vəzifəyə Seyran Məmmədov gətirilib.

Seyran Məmmədov 2004-2010-cu illərdə Prezident Administrasiyasında Prezidentin mətbuat xidmətinin əməkdaşı olub. O, İqtisadiyyat Nazirliyinə məxsus "Bakı Biznes Mərkəzi" MMC-nin keçmiş direktorudur. 15 il sözügedən quruma rəhbərlik edib və ötən ay bu vəzifəni tərk edib.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevdir. O, 7 fevral 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunub.

Məlumatı bundan əvvəl "bakupost" yayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu