Modern.az

ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş

ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş

Ölkə

6 Aprel 2025, 21:47

ANAMA-nın əməkdaşı, 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

 

Modern.az Xəzər TV-yə istinadən xəbər verir ki, H. Xankişiyev İmişli rayonunun Sarıxanlı kənd sakinidir. 

 

O, Birinci Qarabağ müharibəsinin şəhidi Xankişiyev Əli Şahlar oğlunun övladıdır. 

 

Polis baş çavuşu olmuş Əli Xankişiyev 1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu