Modern.az

İran Azərbaycana yeni səfir GÖNDƏRƏCƏK

İran Azərbaycana yeni səfir GÖNDƏRƏCƏK

Ölkə

7 Aprel 2025, 12:32

İranın Azərbaycana yeni səfir təyin etməsi ilə əlaqədar proses davam edir.

Modern.az-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (7 aprel) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tezliklə bu prosesin başa çatacağı gözlənilir və bu haqda məlumat veriləcək.

Bəqai qeyd edib ki, İran prezidenti Məsud Pezeşkianın Bakıya səfəri də hazırda iş gündəmindədir. İran Azərbaycan tərəfi ilə səfərin vaxtı və detalları haqda danışıqlar aparır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu