Modern.az

Bakı-Tbilisi qatarı açılır? - Gürcüstandan RƏSMİ AÇIQLAMA

Bakı-Tbilisi qatarı açılır? - Gürcüstandan RƏSMİ AÇIQLAMA

Ölkə

10 Aprel 2025, 20:49

Tbilisi ilə Bakı arasında sərnişin qatarlarının hərəkətinin bərpası istiqamətində intensiv danışıqlar aparılır.

 

Modern.az xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” BMG media platformasına açıqlama verib.

 

Bildirilib ki, hazırda həm Gürcüstan, həm də Azərbaycan tərəfi sərnişin daşımalarının bərpası ilə bağlı aktiv şəkildə çalışır:

 

“Bu istiqamətdə dəmir yolu idarələri və digər aidiyyəti dövlət qurumları arasında danışıqlar və texniki detallarla bağlı razılaşma prosesi davam edir. Dəqiq tarix daha sonra açıqlanacaq”.

 

Qeyd edək ki, pandemiya dövründə dayandırılan Tbilisi–Bakı sərnişin qatarlarının hərəkəti hələ də tam şəkildə bərpa olunmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu