Modern.az

Keçmiş bələdiyyə sədrinə hökm oxundu

Keçmiş bələdiyyə sədrinə hökm oxundu

Ölkə

11 Aprel 2025, 12:02

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.

Modern.az-ın məlumatına görə, keçmiş bələdiyyə sədri Lənkəran rayon Məhkəməsi tərəfindən 3 il müddətə azadlığın məhdudlaşdırılması, 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, A.Mirzəyeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3- cü (Mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz işindən istifadə edərək törədildikdə),179.2.4-cü (Mənimsəmə və ya israf etmə xeyli ziyan vurmaqla törədildikdə), 308.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitdən təyinatı üzrə istifadə edilməməs) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər