Bir müddət əvvəl Azərbaycanın ən yaşlı kişi vətəndaşı Hilal İbrahimov vəfat edib. H.İbrahimov ölkəmizin ən yaşlı seçicisi idi. O, Ağcabədi rayonunun Sarıcalılar kəndində doğulub. Bakı şəhərinin Sabunçu rayonunda yaşayırdı.
Modern.az-ın məlumatına görə, hazırda Azərbaycanın ən yaşlı kişisi 1920-ci il təvəllüdlü Hacıyev Fərrux Səməd oğludur.
O, Tovuz rayonunun Ağdam kəndində yaşayır. 105 yaşlı Fərrux Hacıyevin 4 övladı - 3 oğlu, bir qızı var.
Dövlət Sosial Müdafiə Fondundan sorğumuza cavab olaraq da bildirilib ki, qurum tərəfindən sosial ödənişlə təmin olunan kişilərdən ən yaşlı olanı Tovuz rayon sakini, 1920-ci il təvəllüdlü Hacıyev Fərrux Səməd oğludur.
Qadınlardan ən yaşlı olanı isə Lənkəran rayon sakini, 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır.