Modern.az

65 yaşı tamam olan sürücülər təqaüdə GÖNDƏRİLMƏLİDİR

65 yaşı tamam olan sürücülər təqaüdə GÖNDƏRİLMƏLİDİR

Ölkə

17 Aprel 2025, 11:26

İctimai nəqliyyat gündəlik həyatımızın ayrılmaz hissəsidir. Hər gün yüzlərlə insan avtobus və taksilərdən istifadə edərək iş, ev, məktəbə yollanır. Lakin bu yolun təhlükəsizliyi sükan arxasında əyləşən şəxslərin fiziki və psixoloji hazırlığı ilə birbaşa əlaqəlidir. Son illərdə yaşı 65-dən yuxarı olan sürücülərin nəqliyyat vasitələrini idarə etməsi halları artır ki, bu da cəmiyyətdə müəyyən narahatlıqlara səbəb olur davam edir.

Yaşlı sürücülərin uzun illər ərzində topladığı təcrübə inkarolunmazdır. Amma bu yaşda diqqətin zəifləməsi, reflekslərin yavaşıması, sağlamlıq problemlərinin yaranması kimi amillər, nəinki onların özləri üçün, həm də sərnişinlər və digər yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə yarada bilər. 

Milli Məclisin deputatı Müşfiq Cəfərov mövzu ilə bağlı Modern.az-a bildirib ki, "DE" (qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün) kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 25-dən az və 65-dən çox olmayan və "D" (sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün) kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 3 ildən az olmayan sürücülər buraxılır:

“2016 – cı ildə qəbul olunan bu dəyişikliyə görə, 65 yaşı tamam olan şəxs marşrutlar üzrə sərnişin avtobusunda sürücü işləyə bilməz. Həmin şəxslərin şəxsi avtobus idarə etmələrinə isə qadağa qoyulmayıb. Yenilik yalnız şəhərdaxili və şəhərətrafı marşrut xətlərindəki avtobuslara aiddir. Məsələn kiminsə "D" kateqoriyasına düşən nəqliyyat vasitəsi varsa, onu idarə etmək üçün yaşı 65-dən çox olan sürücü tapırsa, buna qadağa qoyulmur. 65 yaşı tamam olan şəxsin sürücülük hüququ əlindən alınmır. Sadəcə olaraq, "Avtomobil nəqliyyatı haqqında" qanunda göstərilib ki, kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarda istifadə olunan avtobuslarda 65 yaşdan yuxarı sürücü fəaliyyət göstərə bilməz".

Deputat bildirib ki, bu məsələ sərnişinlərin təhlükəsizliyi baxımından önəmlidir, bu səbəbdən də 65 yaşı tamam olan sürücülər təqaüdə göndərilməlidir:

"Sərnişindaşımada sürücünün sağlamlığı önəmlidir. BMT- nin sürücülərə dair 4 standart tələbi var ki, həmin tələblərdən ən önəmlisi sürücünün sağlam, nəqliyyat vasitəsini təhlükəsizlik idarə etmək üçün, yol şəraitinə lazımi dərəcədə nəzarət etmək üçün yararlı olmasıdır. Bizim qanunverici orqan da belə hesab edir ki, 65 yaşı tamam olan insanlar artıq yaş dövrü, sağlamlığı ilə əlaqədar sürücülük baxımından riskli sayılırlar. Ona görə də belə bir qərar verilib ki, 65 yaşı tamam olan insanlar kommersiya təyinatlı marşrutlarda işləməsinlər. Yəni, bu yaşda olan insanlar təqaüdə göndərilməlidir”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi