Modern.az

Hikmət Hacıyev səfirləri Qarabağa APARDI

Hikmət Hacıyev səfirləri Qarabağa APARDI

Ölkə

18 Aprel 2025, 09:20

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndiyə və Şuşaya səfəri ilə bağlı X sosial şəbəkə hesabında paylaşım edib.

Modern.az paylaşımı təqdim edir:

“Akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə Füzuli hava limanına eniş etdik. Şuşaya və Xankəndiyə gedirik. Biz Xankəndidəki Qarabağ Universitetinin tələbələrinə baş çəkəcəyik. Qarabağın və Şərqi Zəngəzurun münaqişədən sonra yenidən qurulması və transformasiyası heyranedicidir!”.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum