Naxçıvan Şəhər Məhkəməsində 1 saylı orta məktəbinin keçmiş müəllimi Səriyyə Qənbərovanın işi üzrə məhkəmə işi yekunlaşıb.
Modern.az-ın məlumatına görə, məhkəmənin qərarı ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1- ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min manat) cərimə cəzasına məhkum edilib.
Səriyyə Qənbərova kütləvi çıxışlarda, sosial şəbəkələrdə məktəb direktoru Asudə Məmmədovaya qarşı şər və böhtan xarakterli ifadələr işlədib. Onu dövlət büdcəsini mənimsəmə ilə günahlandıraraq, haqqında rüşvətxor ifadəsi işlədib.
Bununla yanaşı, Səriyyə Qənbərova sosial şəbəkədəki Qurban Məmmədovun kanalında direktor barəsində xoşagəlməz ifadələr sələndirib.