Modern.az

Leysanlı günlərdə hansı rayonları su basıb? - Rəsmi AÇIQLAMA

Leysanlı günlərdə hansı rayonları su basıb? - Rəsmi AÇIQLAMA

22 Aprel 2025, 12:19

Aprelin 16-ı və 17-i ölkə ərazisindəki güclü yağış vətəndaşlara çətin vəziyyət yaradıb. Böyük şəhərlərlə yanaşı rayonlarda da vətəndaşlar leysanın fəsadları ilə üzləşib.

Modern.az hansı şəhərlərdə xilasetmə əməliyyatları keçirildiyini öyrənmək üçün Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux, Abşeron, Qobustan, Şamaxı,Yevlax, Hacıqabul rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi həyata keçirilib.

Qeyd edilib ki, bununla yanaşı digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır