Modern.az

Konstitusiyanın 101-ci maddəsinə görə bizi çox tənqid edirdilər - Komitə sədri

Konstitusiyanın 101-ci maddəsinə görə bizi çox tənqid edirdilər - Komitə sədri

Ölkə

24 Aprel 2025, 12:12

“Əminliklə deyə bilərəm ki, bu gün majoritar seçki sistemi təmsilçilik seçici ilə öz seçdiyi deputat arasında həm əlaqə, həm də məsuliyyət yaradır.”

Modern.az xəbər verir ki, bunu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirdiyi elmi-praktik konfransda komitənin sədri Əli Hüseynli bildirib.

Deputat qeyd edib ki, vaxtilə proporsional seçki sistemində vətəndaş və deputat arasında məsuliyyət yox idi:

“101-ci maddə ilə bağlı referendum keçirəndə bizi çox tənqid edirdilər. Bizim məntiqimiz və arqumentimiz isə sadə idi. Biz kimsəyə bir neçə dəfə seçilmək üçün imkan tanımırdıq. Biz seçən üçün imkan yaradırdıq, seçilən üçün yox. Biz xalqa seçmək hüququ verirdik. Bu gün Prezident İlham Əliyev ən yüksək reytinqdədir. Nəticə onu göstərir ki, biz düzgün yolda olmuşuq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər