Modern.az

Tələbənin boş pul qabını oğurladı: 2 ay yarım HƏBS EDİLDİ

Tələbənin boş pul qabını oğurladı: 2 ay yarım HƏBS EDİLDİ

25 Aprel 2025, 12:05

Bakı metrosunda tələbənin pul qabını oğurlayan şəxs həbs edilib.

Modern.az-ın məlumatına görə, hadisə aprelin 13-də qatar Nizami-Elmlər Akademiyası stansiyaları arasında olarkən baş verib.

Tələbə polisə müraciət edərək pul kisəsinin oğurlandığını bildirib. Məlumata görə, pul kisəsində şəxsiyyət vəsiqəsi, tələbə bileti, bank kartı və 2 ədəd Bakı-kart kartları olub.

Təqsirləndirilən şəxs pul kisəsini oğurlayaraq metronun Nəriman Nərimanov stansiyasında düşüb. O, pul kisəsinə baxarkən pulun olmadığını görüb. Bank kartından siqaret almağa cəhd edən zaman kartın içərisində də pul olmayıb və kartı bankomatın yaxınlığındakı ağacın dibinə atıb.

Oğru polis əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə 2 ay 15 gün həbs edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi