Modern.az

Ərdoğan Azərbaycana GƏLİR

Ərdoğan Azərbaycana GƏLİR

Ölkə

26 Aprel 2025, 09:00

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan gələn ay Azərbaycana səfər edəcək.

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyənin "A Haber" nəşri yazıb.

Bildirilir ki, Ərdoğan yaz aylarında sıx diplomatik trafik həyata keçirəcək.

O, 4-cü Hökumətlərarası Zirvə Toplantısı üçün aprelin 29-da İtaliyaya səfər edəcək.

Ərdoğan mayın 3-də Şimali Kipr Türk Respublikasında keçiriləcək TEKNOFEST-də iştirak edəcək. Türkiyə liderinin may ayında, həmçinin Azərbaycana səfər edəcəyi qeyd olunub.

Türkiyə liderinin iyun ayında Vaşinqtona gedəcəyi və ABŞ Prezident Donald Trampla görüşəcəyi bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər