Modern.az

Taksi sürücüsü itkin düşən qızları gizlədibmiş - YENİLƏNİB

Taksi sürücüsü itkin düşən qızları gizlədibmiş - YENİLƏNİB

26 Aprel 2025, 21:43

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Araşdırma DİN-in nəzarətinə götürülüb.

***

20:49

Bakının Maştağa qəsəbəsində itkin düşən iki qız tapılıb.

Modern.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışa aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar. 

 

Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər