Modern.az

100 min dolları ölkədən çıxaran şirkətlə bağlı QƏRAR

100 min dolları ölkədən çıxaran şirkətlə bağlı QƏRAR

Ölkə

1 May 2025, 16:55

100 min dollar vəsaiti ölkədən çıxararaq geri qaytarmamaqda təqsirləndirilən şirkət haqqında tərtib edilən inzibati xəta haqqında protokol Qaradağ rayon Məhkəməsi tərəfindən təsdiq edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, şirkət vəsaiti 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, alınan mallar (xidmət) ölkəyə idxal edilməyib, valyuta vəsaitini geri qaytarmayıb. Xəta 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilib.

Məhkəmənin qərarı ilə şirkət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olan valyuta vəsaiti məbləğinin 25%-i, yəni 25000 ABŞ dolları inzibati xətanın törədildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq, 42500 manat məbləğində inzibati cərimə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər