Modern.az

Abdolbari Gozalın oğluna yüksək vəzifə VERİLDİ

Abdolbari Gozalın oğluna yüksək vəzifə VERİLDİ

Ölkə

2 May 2025, 19:41

"Azersun Holdinq"in Müşahidə Şurasına yeni sədr təyin edilib.

 

Modern.az Ölkə.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Əhməd Gozal gətirilib.

 

"Azersun Holdinq"in rəhbərliyinə gətirilən Əhməd Gozal 2006-cı ildə Bilkent Universitetinin Menecment ixtisası üzrə məzunu olub.

 

Elə həmin ildən etibarən o, "Azersun Holdinq"in idarə olunmasında fəal şəkildə iştirak etməyə başlayıb.

 

Şirkətlər qrupunun müxtəlif strukturlarında çalışdıqdan sonra, 2018-ci ildə "Azersun Holdinq"in Müşahidə Şurasının sədr müavini və Təftiş Komissiyasının sədri vəzifələrinə təyin edilib.

 

2022-ci ildən etibarən isə Əhməd Gozal Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.

 

Qeyd edək ki, bundan əvvəl "Azersun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gozal olub. O, bu ilin yanvar ayında vəfat edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər