Modern.az

Sırrı Sürəyya Öndər öldü

Sırrı Sürəyya Öndər öldü

3 May 2025, 17:43

Türkiyə Böyük Millət Məclisinin sədr müavini, DEM Partiyasının "İmralı heyəti"nin üzvü Sırrı Sürəyya Öndər 61 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, S.Öndər 18 gün əvvəl qəfil ürəktutması keçirmiş, müayinələr zamanı aorta damarının yırtıldığı müəyyən edilmişdi. O, dərhal xəstəxanaya yerləşdirilmiş və vəziyyəti kritik olaraq qiymətləndirilmişdi. Tibbi müdaxilələrə baxmayaraq, bu gün onun həyatını xilas etmək mümkün olmayıb.

Sırrı Sürəyyə Öndər siyasi fəaliyyətindən əvvəl sənət və mədəniyyət sahəsində tanınıb. O, uzun illər jurnalist, yazıçı və rejissor kimi fəaliyyət göstərib. 2007-ci ildən etibarən siyasətə atılan Öndər Türkiyə Böyük Millət Məclisində müxtəlif partiyaların tərkibində millət vəkili kimi təmsil olunub. Xüsusilə 2013-cü il İmralı danışıqları çərçivəsində həbsxanada olan PKK lideri Abdullah Öcalanla əlaqələrin qurulmasında rol alan heyətin üzvü kimi tanınıb.

DEM Partiyasının rəhbərliyindən verilən açıqlamada Sırrı Sürəyyə Öndərin vəfatı “Türkiyə siyasəti və mədəniyyət dünyası üçün böyük itki” kimi qiymətləndirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər