Modern.az

Netanyahu Azərbaycana səfərini TƏXİRƏ SALDI

Netanyahu Azərbaycana səfərini TƏXİRƏ SALDI

Ölkə

3 May 2025, 21:46

İsrailin Baş naziri Binyamin Netanyahu 7-11 may tarixlərində planlaşdırılan Azərbaycan səfərini bölgədə baş verən hadisələrlə əlaqədar olaraq təxirə salıb.

 

Modern.az xəbər verir ki, bu barədə “The Times of Israel” hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

 “Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi nəzərə alınaraq, Baş nazir Netanyahu Azərbaycana nəzərdə tutulan səfərini daha sonrakı tarixə keçirmək qərarına gəlib”, – deyə açıqlamada bildirilir.

 

O, Prezident İlham Əliyevə dəvətinə görə təşəkkür edib və iki ölkə arasında mövcud olan səmimi münasibətləri yüksək qiymətləndirdiyini əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər