Modern.az

Həmyerlimiz ABŞ-də polis zabiti təyin edildi - FOTO

Həmyerlimiz ABŞ-də polis zabiti təyin edildi - FOTO

Ölkə

11 May 2025, 22:18

Əslən Lerikin Gəndob kəndindən olan, Sumqayıda dünyaya gələn həmyerlimiz Zaur Cəlil Telman oğlu ABŞ-nin paytaxtı Vaşinqtonda xüsusi təyinatlı polis zabiti təyin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Z.Cəlil açıqlama verib.

 

1985-ci il təvəllüdlü həmyerlimiz 2006-cı ildən Birləşmiş Ştatlarda yaşayır.

 

O, uşaq yaşlarından peşəkar cüdo ilə məşğul olub. Bu idman növü üzrə üçqat ABŞ çempionudur. 4 il ardıcıl olaraq Birləşmiş Ştatların ən yaxşı cüdoçusu adına layiq görülüb.

 

ABŞ Polis Akademiyasını fərqlənmə dipolumu və medalı ilə başa vurub. Bir neçə gün əvvəl isə ABŞ-nin təhlükəsizliyinin keşiyində durmaq üçün təyinat alıb. 

 

Qeyd edək ki, Vaşinqtonun xüsusi təyinatlı polisləri şəhər meri tərəfindən təyin edilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər