Modern.az

Bakı ilə İrəvan arasında məlumat MÜBADİLƏSİ

Bakı ilə İrəvan arasında məlumat MÜBADİLƏSİ

Ölkə

7 May 2025, 21:34

Azərbaycan və Ermənistan sərhəddə atəşkəs rejiminin pozulması ilə bağlı məlumat mübadiləsi aparıblar.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın aparatı yerli “factor.am” portalının sorğusuna cavab olaraq bildirib.

“Ermənistan Respublikası Azərbaycana atəşkəs rejiminin pozulması ilə bağlı müvafiq məlumatları təqdim edib”, – Paşinyanın Aparatından qeyd ediblər və əlavə ediblər ki, Bakı da erməni tərəfinə pozuntularla bağlı məlumat verib.

“Ermənistan tərəfi bu məlumatları araşdırıb və nəticələr barədə müvafiq arayışı Azərbaycan tərəfinə təqdim edib”, – Aparat rəsmisi vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!