Modern.az

"BirBank"la M10-da problem YARANDI - FOTO

"BirBank"la M10-da problem YARANDI - FOTO

9 May 2025, 08:33

Səhər saatlarında ictimai nəqliyyat üçün ödəniş problemi "BirBank" tətbiqində də yaranıb.

 

Bu barədə Modern.az-a istifadəçilər məlumat veriblər.

 

Bildirilib ki, tətbiqdə 1 saata yaxın QR kod yaratmaq mümkün olmayıb.

 

Məsələ ilə əlaqədar hələlik açıqlama verilməyib.

 

****

M10 elektron pulqabısı ilə ödənişdə problem yaranıb.


Modern.az-ın məlumatına görə, səhər saatlarında tətbiqdə ictimai nəqliyyatda ödəniş etmək üçün QR kod yaratmaq mümkün olmayıb.


Tətbiqdə ödəniş etmək istəyərkən "Xəta baş verdi" mesajı görünüb. 


Problemin nədən qaynaqlandığı məlum deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı