Modern.az

Aqil Şirinov niyə yenidən rektor təyin edildi...

Aqil Şirinov niyə yenidən rektor təyin edildi...

Ölkə

12 May 2025, 15:48

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov yenidən bu vəzifəyə təyin edilib.

O, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq bu vəzifəyə gətirilib.

Qeyd edək ki, Aqil Şirinov 12 may 2020-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun rektoru idi. O, daha əvvəl Qafqaz Müsəlmanları İdarəsində çalışıb.

Modern.az-ın məlumatına görə, Aqil Şirinov yenidən eyni vəzifəyə təyin olunması qanunvericiliyin tələbidir.

Belə ki, dövlət başçısı tərəfindən 10 dekabr 2018-ci ildə imzalanan fərmana əsasən, Azərbaycanda rektorlar 5 il müddətinə təyin edilir. Ölkəmizdə qanunvericiliyin geriyə qüvvəsi olmadığı üçün sözügedən qayda 2018-ci ilin dekabr ayından əvvəlki rektorlara aid edilmir. 

Elnur Əmirov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər